Bakıda kürəkən 44 yaşlı qayınatasını çoxsaylı bıçaq zərbələri ilə öldürərək qaçıb

img

18-05-2022 [10:47]


Bakıda kürəkən qayınatasını qətlə yetirib.

Hadisə Sabunçu rayonu Ramanı qəsəbəsi "Şuşa şəhərciyi"ndə qeydə alınıb.

1987-ci il təvəllüdlü Taleh Heydərov qayınatası, 1978-ci il təvəllüdlü Qabil Qənbərovu bıçaq zərbələri ilə qətlə yetirib.

Taleh Heydərov hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA