ƏLİLLİYİN MÜƏYYƏN OLUNMASI İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Detallar açıqlandı (Yenilənib)
18-05-2022 [12:11]
Nazirlər Kabineti Əlilliyin müəyyən olunmasının yeni meyarlarını təsdiqləyib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair yeni meyarlar təsdiq olunub.
Bu qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
****
Nazirlər Kabineti ötən gün əlilliyin müəyyən edilməsinə dair yeni meyarları təsdiqləyib.
Məsələ ilə bağlı açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov deyib ki, Nazirlər Kabinetinin sözügedən Qərarı Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2021-ci il tarixli Fərmanının 3.1.1. yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərara əsasən yeni “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilib:
"Yeni meyarlarla əlilliyin qiymətləndirilməsi ənənəvi 3 dərəcə üzrə məhdud çərçivədə deyil, daha geniş spektrdə olmaqla, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq. Belə ki, I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi; II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi; III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq. Bu ilin iyulun 1-dən qüvvəyə minəcək meyarlara əsasən əlilliyin qiymətləndirilməsi Ümumdünya Səhiyyə Təşkilatının, Avropa ölkələrinin standartlarında olduğu kimi, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında, əsasən özünəqulluq, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və s. kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudlaşma dərəcəsi nəzərə alınmaqla aparılacaq”.
Fazil Talıbov deyib ki, qərara əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən ediləcək:
“Yeni "Əlilliyin müəyyən olunması meyarları"nın hazırlanmasında əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir. Bu meyarlar eyni zamanda, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir”.
***
Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş və əlillik sahəsində mütərəqqi dünya təcrübəsinə uyğun fundamental dəyişikliyi nəzərdə tutan yeni “Əlilliyin müəyyən olunması meyarları” bu il iyulun 1-dən qüvvəyə minəcək. Həmin vaxtdan sonra əlillik üçün müraciət edənlərin əlilliyinin qiymətləndirilməsi yeni meyarlar əsasında aparılacaq.
Nazirlikdən Mia.az-a verilən xəbərə görə, bununla da əlillik artıq ənənəvi üç dərəcə üzrə deyil, insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşma dərəcələri əsasında qiymətləndiriləcək.
Məhdudlaşma dərəcələri isə aşağıdakı kimi xarakterizə olunacaq:
özünəqulluq bacarığı (insanın əsas fizioloji tələbatlarını sərbəst keçirməsi, gündəlik ev işləri ilə məşğul olması, şəxsi gigiyena bacarıqları):
I dərəcə – tələb olunduğundan daha çox vaxtda, dağınıq formada, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
III dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması, onlardan tam asılılıqla əlaqədar özünəqulluq bacarığı;
sərbəst hərəkətetmə bacarığı (sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik, bədən vəziyyəti dəyişdirilərkən bədənin tarazlığını qorumaq, ictimai nəqliyyatdan istifadə bacarığı):
I dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
III dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması, kənar şəxslərin daimi köməyinə ehtiyacın olması;
istiqamətseçmə bacarığı (ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı):
I dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;
III dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması;
ünsiyyət bacarığı (məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi, ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı):
I dərəcə – məlumatın qəbulu, ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
III dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması;
davranışına nəzarətetmə bacarığı (özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı):
I dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
II dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
III dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması;
öyrənmə bacarığı (bilik və bacarıqların qavranılması, təcrübənin artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı):
I dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında təhsil müəssisələrində və evdə yaradılan xüsusi şəraitdə köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
II dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
III dərəcə – yalnız sadə bacarıq, o cümlədən adi məişətdə sadə hərəkətlər qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntuları səbəbilə həmin bacarıqları qavramaq çətinliyinin olması
əmək fəaliyyəti bacarığı (işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun əmək fəaliyyəti bacarığı):
I dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyəti bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
II dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
III dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntuları səbəbindən sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü, yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı.
Qeyd olunan bacarıqların III dərəcə məhdudlaşması halı orqanizmin funksiyalarının 81-100 faiz, II dərəcə məhdudlaşması halı 61-80 faiz, I dərəcə məhdudlaşması halı 31-60 faiz pozulması kimi nəzərə alınacaq və bu əsasda da əlillik təyin olunacaq.
Yeni meyarlar əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsinə, bu sahədə qabaqcıl beynəlxalq standartların tətbiqinə xidmət edir.
Mia.az
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır