Ağdam Sənaye Parkında rezidentlərin sayı 9-a çatıb

img

13-05-2022 [17:44]


İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkında daha iki sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 9-a çatıb.

Mia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bunlar Azərbaycan kapitallı “Agah Group” MMC və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kapitallı “Expert Services FZE” şirkətidir. 1-ci şirkət Parkda metal məmulatlarının istehsalı müəssisəsi inşa edəcək, 2-ci şirkət isə ağır texnikaya xidmət göstərilməsi ilə yanaşı, həm də istehsal fəaliyyəti ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 milyon manatdan çox olan layihələrin reallaşması ilə 60 nəfər daimi işlə təmin ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA