Əliyevlə Ərdoğan nurçuluqla bağlı suala necə cavab verdi? - Açıqlamalar

img

04-04-2014 [18:42]



Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində hər iki ölkənin liderləri media qarşısına çıxıblar. 


Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, prezident İlham Əliyevlə Ərdoğan mətbuat konfransı keçiriblər. Hər iki tərəfdən bir jurnalistə sual vermə imkanı yaradılıb. Sualların hər ikisi əsasən nurçuluqla bağlı olub.

Həm Ərdoğan, həm də İlham Əliyev heç bir ad çəkmədən sualı diplomatik şəkildə cavablandırıblar və bir yerdə olduqlarını bəyan ediblər.

İlham Əliyev bildirib ki, elə bir məsələ yoxdur ki, onu baş nazir Ərdoğanla danışıb həll edə bilməsinlər: "Biz qardaşıq və belə görüşlərin keçirilməsi çox təbiidir. Biz tez-tez görüşürük. Keçdiyimiz aylarda da onunla görüşdük. Elə bir məsələ yoxdur ki onu səmimiyyətlə danışıb həll etməyək. Başqa sahələrdə olduğu kimi Azərbaycan Türkiyə ilə həmfikirdir. Türkiyəyə zərər verəcək hər hansı addımı qəbul etmərik”.

Baş nazir Ərdoğan isə suala qısa cavab verib və bildirib ki, ortada bir sıxıntı var və hər iki ölkəni narahat edəcək durum varsa demək ki, müzakirə də edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA