Fazil Mustafa YAP-a təklif verdi, qəbul olunmadı

img

04-04-2014 [13:40]


Aprelin 4-ü parlamentin iclasında çıxış edən deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Krım hadisələrinə Azərbaycan rəhbərliyinin verdiyi reaksiyaya toxunub: "BMT-də mövqeyimizin səsləndirilməsi qürur verir. Amma bu məsələlərə çevik reaksiya verilməlidir. Təklif edirəm ki, Yeni Azərbaycan Partiyası memorandum layihəsi hazırlasın, ölkədəki bütün partiyalar indiki məqamda dövlətin xarici siyasət kursunun müdafiəsinə imza atsınlar”.

Parlament sədri Oqtay Əsədov həm Ukraynanın, həm də Rusiyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu vurğulayıb: "İndi Rusiyaya qarşı sanksiyalardan danışılır. Amma sanksiya Rusiyadan əvvəl Ermənistana tətbiq olunmalıdır. Rusiya ilə Ukrayna arasında problem həll olunmalıdır. Amma biz böyük dövlətlər arasında problemlərə qarışmamalı, əsasən öz problemlərimizi qaldırmalıyıq, bu məsələlərə daha çox öz kontekstimizdən yanaşmalıyıq”.   

"Media forum” saytının məlumatına görə, deputat, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Sİyavuş Novruzov Fazil Mustafanın təklifinə toxunaraq memoranduma ehtiyac olmadığını deyib: "Partiyalar istəsə, hər biri öz bəyanatı ilə çıxış edə bilər”.

O, bəzi müxalifətçiləri tələskənlikdə günahlandırıb: "Özbaşına Krıma gedirlər, ara

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA