Etibar Hüseynov köçkünlərdən üzr istədi

img

04-04-2014 [13:38]


Milli Məclisin növbəti iclası öz işinə başlayıb. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda ilk çıxış edən deputat Etibar Hüseynov dedi ki, sosial mediada təxribatla üz-üzədir: "Məsələ ondadır ki, həmin çıxış eyni ünvandan yayılsa da, müxtəlif başlıqlar qoyaraq yayılır. İnsanları qıcıqlandıran, onların ləyaqətini alçaldan fikirlər yayılır.  Guya mən deyirəm kli, qaçqınlar kimdir ki, mən onlardan üzr istəyim, gedin Suriyada döyüşün və sair. Artıq bu faktları toplayıram və yaxın vaxtlarda onlar ifşa olunacaq. Mənim heç kimi təhqir etmək fikrim olmayıb. Gərək daha ehtiyatlı danışaydım. Əgər bir kəsin qüruruna toxunan fikir işlətmişəmsə, həmin insanlardan üzr istəyirəm. Bu andan etibarən istintaq başa çatmamış mediaya heç bir açıqlama verməyəcəyəm”.
O.Əsədov dedi ki, "sən mətbuatda nə qədər az danışsan, o qədər yaxşıdır, yaxşı ki, geniş açıqlama  verməmisən. Dünən intizam komissiyasının sədrinin iştirakı ilə bu məsələni ciddi şəkildə müzakirə etdik. Ona görə də mən millət vəkiləlrindən xahiş edirəm ki, bu məsələni xırdalamayaq”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA