Sabah növbəti plenar iclas keçiriləcək

img

03-04-2014 [14:56]


Aprelin 4-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

Gündəlikdə bir neçə məsələnin müzakirəsi nəzərdə tutulub. İclasda əvvəlcə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək. Həmçinin "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunacaq.

Milli Məclisin deputatları "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, "Tibbi sığorta haqqında”, "Texniki təhlükəsizlik haqqında”, "Sahibkarlıq fəaliyyəti haqqında”, "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, "Nəqliyyat haqqında”, "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Avtomobil yolları haqqında”, "Avtomobil nəqliyyatı haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar.

İclasda, həmçinin "Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə qanun layihəsi müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA