Əli Kərimli AXCP-nin toplantılarını üzvlərin mənzilində keçirir

img

03-04-2014 [12:23]



"Bizim qərargahla bağlı axtarışlarımız davam edir. Özəl mülkiyyət sahiblərinə müraciətlər olunub. Variantlar üzərində müzakirələr gedir. Son hadisələrdən bu günə kimi partiyanın qərargahla təmin olunması işlərində hər hansı bir nəticə yoxdur”.

Bunu AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Modern.az-a açıqlamasında qeyd edib.

"AXCP-nın istər mərkəzi orqanlarında, istərsə də yerli təşkilatlarının toplantıları partiya üzvlərinin mənzillərində keçirilir. Partiyamız uzun illər ərzində qərargahsız fəaliyyət göstərmək gücünə malikdir. Qərargahsız fəaliyyət göstərdiyi dövrlərdə AXCP ölkədə ən güclü müxalifət partiyasına çevrildi. Ofisimizin yoxluğu işimizə çətinlik yaratsa da, partiyanın fəaliyyəti əvvəlki qaydada davam edir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA