Müdafiə Nazirliyindən gizli məlumatları kim sızdırır? – Deputat həyəcanlanıb

img

03-04-2014 [12:14]



 Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Müdafiə Nazirliyinə müraciət edib.

Mia.az Publika.Az-a istinadən xəbər verir ki, A.Mirzəzadə mətbuatda yayılan "Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı postuna Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasovun namizədliyi təqdim olunub” xəbərinin nazirlik tərəfindən araşdırılmasını xahiş edib. Bildirib ki, Müdafiə Nazirliyinin ölkənin ən ciddi rejimli hökumət idarələrindən biri olduğu hamıya bəllidir: "Gözlənilən bir təyinatla bağlı belə bir strukturdan məlumat sızması çox narahat edici bir məsələdir. Ya nazirlikdə məlumat sızması doğrudan da var, ya da informasiya agentliyi nazirliyin adından istifadə edir. Dövlət başçısına məruzə ediləcək ciddi kadr məsələsi ilə bağlı hələ qərar qəbul edilməmişdən məlumatın sızdırılması yaxşı hal hesab edilə bilməz.

Əgər yaxın günlərdə həmin informasiya agentliyinin xəbəri təsdiqini tapırsa deməli, Müdafiə Nazirliyində kənara xəbər sızdıran mənbə doğrudan da var. Elə isə kim zəmanət verə bilər ki, həmin mənbə digər informasiyaları, eyni zamanda başaq yerlərə ötürmür? Ona görə də oxuduğum xəbərdən narahat olaraq Müdafiə Nazirliyindən adı çəkilən informasiya ilə bağlı situasiyanı araşdırmasını xahiş edirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA