Arif Hacılı Kəlbəcərin işğalından yazdı: “Süleyman Dəmirəl yardım göstərməkdən imtina etdi”

img

02-04-2014 [12:28]


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, AXC hakimiyyəti dövründə dövlət müşaviri vəzifəsini tutmuş Arif Hacılı Facebook-da Kəlbəcərin işğalı barədə yazıb:

"Bir gün əvvəl Kəlbəcər istiqamətində uçan vertolyot vurulmuşdu. Vetolyotçular Kəlbəcərə uçaraq dinc əhalini oradan çıxarmaqdan imtina edirdilər. Vəziyyəti prezident Elçibəyə məruzə etdim. Elçibəy mənim yanımda Türkiyə baş naziri Süleyman Dəmirələ telefon açaraq ondan Kəlbəcərdən dinc əhalini çıxarmaq üçün helikopterlər istədi. Süleyman Dəmirəl belə yardım göstərməkdən imtina etdikdə Elçibəy mənə Çeçenistan prezidenti Cövhər Dudayevlə danışmağımı tapşırdı. Mən Elçibəyin yanında Dudayevlə danışdım. O vertolyotlarının az olduğunu, amma vertolyolçular göndərməyə hazır olduğunu bildirdi.
... Belə vəziyyətdə Yevlax və ətraf rayonların icra başçılarına aeroporta getmək, onlarla müharibə dövrünün qanunları ilə davranmaq lazım gəlsə belə, vertolyotçuları Kəlbəcərə uçmağa məcbur etmək, vertolyotlarla Kəlbəcərə uçmaq, Kəlbəcər İcra Hakimiyyətindən mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyi barədə məruzə etmək göstərişi verdim.
Bu prosesdə Yevlax rayon icra hakimiyyətinin başçısı Rafiq Həsən xüsusi fədakarlıq göstərdi. Bir neçə saat sonra Kəlbəcərdən mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyini bildirdi. Geri qayıdarkən qəzaya uğrayıb yaralandı.
Kəlbəcərin xeyli dinc əhalisi bu vertolyotlar vasitəsi ilə xilas edildi...”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA