Milli Məclisinin Qarabağdan seçilmiş millət vəkillərinə müraciət

img

01-04-2014 [23:17]


Qarabağ qazisi Əlisoy Vaqif Adışirin oğlu Azərbaycan Respublikası Milli Məclisinin Qarabağdan seçilmiş millət vəkillərinə müraciət edib. Müraciətdə deyilir: 
Dəyərli millət vəkilləri, bu müraciəti sizə ünvanlamağima səbəb deputat həmkariniz Etibar Hüseynovün ANS telekanalinda Qarabağ və qarabağlilar haqqinda təhqiramiz cixisi səbəb oldu. Bu səviyyəsiz bir adamin Milli Məclisdə oturub millət adindan danismasi elə bu millətə xəyanətdir. Azərbaycan xalqi bu "millət vəkilini" " Lider tv"dən taniyir. Bu adam məsuliyyət hissini o qədər itirib ki, minlərlə səhidi, əlili, veterani olan bir bölgənin insanlarini təhqir etməkdən belə cəkinmir. O, eyni zamanda Sizləri təhqir edib. Bu vaxta qədər yalniz Aqil Abbas ona cavab verib. Yoxsa Siz qarabağli deyilsiniz? Hani verdiyiniz vədlər? Qarabağlilarin huquqlarini belə qoruyursünuz? Bu o deməkdir ki, Qarabağ camaati ancaq seckidən-seckiyə yada düsür. E. Hüseynov Qarabağ camaatindan üzr istəmək əvəzinə, bu gün özünün Fb səhifəsində ona iradini bildirən garabağlilari yenidən daha ağir formada təhqir etməkdən cəkinməyib. Yaxsi ki, Qarabağ qazisi Camal Əhmədov layiq olduğu cavabi verib. Düsünürəm ki, E.Hüseynovün əməli ölkədə sabitliyi pozmağa, qarabağlilari ayağa qaldirmaqla bu sabitliyi pozmağa xidmət edir. Onun arxasinda duran, onu yonəldən adamlarin əsas məqsədi yəqin arasdirilacaq. Halimiyyət, müxalifət və xalqin heç olmasa, yekdillik nümayis etdirdiyi Qarabağ məsələsinə zərbə vurmaqda onun və havadarlarinin məqsədi nədir? " Döyüs alnimiza yazilib" vədini unudan ANC-in bu cixisi efirə verməkdə məqsədi nədir? Bəlkə, ANC azad sözə meydan verməyə baslayib? Elə isə bizim də cavab vermək haqqimizi tanimalidir. Mən özünü Qarabağli ziyalilara tutub deyirəm, Nə vaxtacan susacaqsiniz, bəylər? Siz niyə susursunuz, Qarabağla bağli təskilatlar? Sonda bir daha Sizi təmsil etdiyiniz Qarabağ camaati qarsisinda məsuliyyətinizi dərk etməyə, verdiyiniz sözü tütmağa cağiraraq bu üzdəniraq millət vəkilin məsuliyyət məsələsini Milli Məclis rəhbərliyi qarsisinda qaldirmaqla üzr isteməyi tələb edəsiniz. Unutmayin ki, parlament seckilərinə bir il qalir. Siz sözünüzu deməsəniz bir ildən sonra Qarabağ camaati sözünü deyəcək".

Hörmətlə: Vaqif Əlisoy. Qarabağ veterani. Cəbrayil rayonu


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA