NİDA-çıları həbsxanaya aparan maşına bibər qazı sıxıblar

img

01-04-2014 [17:15]


Həbsdə olan NİDA-çı gənclər olan maşına bibər qazının atıldığı barədə məlumat yayılıb.

Bu barədə jurnalist Xədicə İsmayıl Facebook statusunda yazıb: "İndicə Kürdəxanıdan zəng vurub, xəbər elədilər. Nidaçılar məhkəmədən Kürdəxanıya aparılarkən maşındakı isti və havasızlıqdan Zaur Qurbanlının astmatik tutması olub, havası çatmayıb. Məhbuslar qapını döyüb, etap olunduqları maşının pəncərəsinin, qapısının açılmasını tələb ediblər ki, içəri bir az hava gəlsin. Nəzarətçilər məhəl qoymayıblar, uşaqlar qapını döyməkdə davam ediblər. Nəzarətçilər maşının içinə bibər qazı sıxıblar, bunun nəticəsində Zaurun vəziyyəti daha da ağırlaşıb, İlkin Rüstəmzadənin gözləri zədələnib. Vəkillərdən kim var, ora getsin, məlumat alsın?”

Zaur Qurbanlının vəkili Xalid Bağırov faktı "Qafqazinfo"ya təsdiqləyib. O bildirib ki, gənclərin vəziyyəti hazırda stabilləşib:

"Məsələ ilə bağlı ciddi addımlar atılmasa, günahkarlar cəzalandırılmasa məhkəməyə bununla bağlı şikayət edəcəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA