AMİP və İsveçin hakim partiyası birgə konfrans keçiriblər

img

01-04-2014 [14:48]


Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) və İsveçin hazırda hakimiyyətdə olan Moderat Partiyası "Azərbaycanın Avrointeqrasiya perspektivləri” mövzusunda konfrans keçiriblər.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, konfransda iştirak edən İsveç parlamentinin deputatları və AMİP funksionerləri arasında Azərbaycanın avrointeqrasiya perspektivləri və mövcud problemlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar partiya rəhbərliyi və AMİP lideri Etibar Məmmədovla görüşüblər. Görüşdə Azərbaycanın Avropa Birliyi ilə münasibətləri, regionda mövcud olan və gözlənilən problemlər, Dağlıq Qarabağ münaqişəsi, Ukraynada baş verən hadisələr və Krımın ilhaqı əsas müzakirə mövzusu olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA