MMP Qadınlar və Gənclər təşkilatında dəyişiklik olacaq

img

28-03-2014 [13:25]


Bir müddət öncə MMP-də yenilənmə kompaniyasına start verildiyi haqda məlumat yayılmışdı.Partiyanın TK-dən verilən məlumata görə bu addım seçkisonrası strukturlarda yeniləşmə məqsədi atılırdı. 

Xəbər verildiyi kimi bununla bağlı partiyada xeyli vaxtdır çox ciddi işlər aparılır. Partiya öz İdarə Heyətini ,Gənclər və Qadınlar Təşkilatını yeniləməyi ,passiv ,özünü doğrultmayan üzvləri təşkilatın tərkibindən kənarlaşdırmağa artıq başlayıb. Sözügedən məsələlərlə bağlı bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında toplantı keçirilib.Toplantıda qarşıda duran məsələlər ,qadınların və gənclərin fəallığının daha da artırılması üçün verilən təkliflər və namizədlər müzakirə edilib. Qeyd edək ki ,toplantını MMPsədrinin İdialoji Məsələlər üzrə müavini T.Ramazanova və sədrin Təşkilatı Məsələlər üzrə müavini F.Usubov aparıblar. Cəmiyyətin aparıcı qüvvəsi sayılan gənclərin və qadınların içtimai –siyasi rolundan söhbət açan partiya funksionerləri ,.partiya rəhbərliyinin bundan sonrakı- gələcək fəaliyyətlərini qadın və gənc kontingetin üzərində qurmağı planlaşdığını deyiblər.Dövlətin kiçik forması olan ailənin ən ağır yükünü səbrlə ,ləyaqətlə çəkən qadınların partiyaya cəlb edilməsinin önəmindən danışan Fazil Usubov partiyada Qadınlar və Gənclər Təşkilatına sədr olmaq üçün irəli sürülən üzvlərin namizədliklərini müzakirəyə çıxarıb.Səsçoxluğu ilə seçilən namizədlərin təsdiqi İH-nin sərancamına buraxılıb.Çox yəqin ki,yaxın günlərdə MMP strukturunda yeni seçilmiş təşkilat sədrlərinin adları açıqlanacaq

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA