26-03-2014 [22:19]
"EL" Hərəkatı bir müddət öncə Milli Şuradan ayrılarkən, bəzi ekspertlər iddia etdilər ki, bu qurumun fəaliyyətində problemlər yaranacaq. Amma "EL" Hərəkatının lideri Eldar Namazov qarşıdakı mərhələlərdə qurumun daha güclənmiş, daha genişləndirilmiş bir təşkilat kimi meydanda olması üçün yeni bir xətt götürüldüyünü deyir. Ölkədəki ictimai-siyasi vəziyyət, qarşıdakı dövrdə Azərbaycanı gözləyən təhlükələr və digər məsələlərlə bağlı müsahibə verən E.Namazovla söhbətə elə bu mövzudan başladıq.
- Bildiyiniz kimi, bir neçə ay öncə "EL" Hərəkatının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Qanunvericiliyə uyğun olaraq, biz qurultaya qədər Hərəkatın başqa strukturlarının fəaliyyətinə xitam verdik. Təşkilat Komitəsi hazırlıq işlərini başa çatdırandan sonra qurultayımızı keçirib, strukturlarımızı formalaşdıracağıq. "EL"in rəsmi qeydiyyata alınması da artıq hədəf kimi qarşımıza qoyulub. Təşkilat Komitəsinin işində əsas istiqamət indiki mərhələdə "EL"in ideoloji və təşkilati proqramlarının hazırlanmasıdır.
Biz, ötən il "EL" Hərəkatını elan edəndə, qısa müddətdə Bakı, Sumqayıt, Gəncə və Azərbaycanın 35 rayonunda özəklərimiz yaranmışdı. Həmin dövrdə qurultay keçirmək qərarını versəydik, bir yox, bir neçə siyasi təşkilat elan edə bilərdik. Ona görə ki, bizim adamlarımızın sayı qanunvericilikdə nəzərdə tutulmuş saydan bir neçə dəfə çox idi. Ancaq həmin dövrdə "EL" Hərəkatına qarşı hücumlar oldu, ofislərimiz əlimizdən alındı. Bir qədər sonra prokurorluqda bizə qarşı cinayət işi qaldırıldı ki, guya biz az qala, dövlət çevrilişi hazırlayırmışıq. Eyni zamanda, Milli Şura yarandı, prezident seçkilərinə hazırlığa start verildi. Ona görə də, biz, "EL" Hərəkatının tamamilə formalaşdırılması prosesini başa çatdıra bilmədik. İndi rəsmi qeydiyyat üçün qanunda nəzərdə tutulan üzvlərin sayı baxımından problemlər olmadığına görə, artıq təşkilati baxımdan işimizi ilkin mərhələdə qururuq. Hələlik ideoloji və strateji sənədlər hazırlanır, bun-dan sonra digər təşkilati işləri davam etdirib, yekunlaşdıracağıq.
- Bəs, Hərəkatın əsas ana xətti, hədəfləri nədən ibarət olacaq?
- "EL" Hərəkatının ana xətti, aparacağı mübarizədə təməl prinsipləri millilik, dövlətçilik, demokratik dəyərlərdir. Biz, cəmiyyətin geniş spektri ilə əməkdaşlıq etməyi hədəf götürmüşük.
Bilirsiniz ki, "EL" Hərəkatında demokratik qüvvələrin nümayəndələri, Milli Azadlıq Hərəkatının fəalları, ziyalılar, milli azlıqlar, inanclı insanlar, gənclər təşkilatlarının liderləri var. Hərəkatın elektorat baxımından spektri çox geniş olduğuna görə, bizim müəyyən "qırmızı xətlər"imiz də mövcuddur. Dünyəvi dövlət prinsipi, Azərbaycanın ərazi bütövlüyü prinsipi, suverenliyi və digər vacib məsələlər "qırmızı xətt" kimi önəmli sayılır.
Biz, cəmiyyətlə əlaqələri gücləndirmək üçün bir sıra pilot layihələr də həyata keçiririk. Təqribən beş-altı pilot layihənin icrasını nəzərdə tutmuşuq. Bunlar Qarabağ probleminin həlli, Azərbaycanın xarici siyasəti, milli təhlükəsizlik məsələləri, təhsil, səhiyyə, gənclər təşkilatları və digər layihələrdir. Artıq o pilot layihələrdən ikisini həyata keçirməyə başlamışıq və nəticələrindən də razıyıq. Qalanları da yaxın zamanlarda işə salınacaq. Bütün bunlar bizə imkan verəcək ki, qurultaya hazırlıq mərhələsində "EL"in siyasi və ideoloji hazırlanması prosesində cəmiyyətin də, müxtəlif təbəqələrin də fikrini, tələbatlarını, istəyini müəyyənləşdirək və bunları öz təsis sənədlərimizdə əks etdirək.
- Sizcə, dövlət qeydiyyatına alınma və ondan sonrakı mərhələdə hakimiyyətin "EL" Hərəkatına qarşı münasibəti necə olacaq? Daha sərt xətt götürüləcək, yoxsa...
- Azərbaycanda yeni yaranan siyasi qüvvə fəal şəkildə meydana çıxanda, hakimiyyətin ona qarşı reaksiyası adətən çox sərt olur. Son illər üç yeni Hərəkat meydana çıxıb, onlara qarşı hakimiyyətin mövqeyi göz önündədir.
"EL" Hərəkatı, "NİDA", "REAL" Hərəkatı son illər ərzində meydana çıxan təşkilatlardır ki, ortaya çıxdıqları gündən bəri hakimiyyətin təzyiqləri ilə üz-üzə qalıblar.
Bizim Hərəkat fəaliyyətə başlayandan sonra ofislərimiz əlimizdən alındı, prokurorluqda bizə qarşı cinayət işi qaldırıldı, üzvlərimizə təzyiqlər oldu, onlara görə qohum-əqrəbaları işdən çıxarıldı.
Bildiyiniz kimi, "REAL" Hərəkatının lideri İlqar Məmədov qeyri-qanuni olaraq həbsdədir.
"NİDA"-ya qarşı da təzyiqlər edilir, üzvlərinə cinayət işi açılır. Yəni, aydın bir xətt kimi görünür ki, hansısa yeni bir qüvvənin formalaşması Azərbaycanda böyük çətinliklər və məhrumiyyətlərlə mümkün olur. Ancaq buna baxmayaraq, biz səbr və təmkinlə öz işlərimizi qururuq. Bizim üçün əsas odur ki, millətimiz, dövlətimiz üçün hansı xidməti göstərə bilərik. Buna reaksiyanın necə olacağı da önəmlidir.
Biz də istəyirik ki, ölkədə iqtidar-müxalifət münasibətləri sivil formada qurulsun. Hər iki qütb arasında ümummilli məsələlər ətrafında daimi dialoq olsun. Milli təhlükəsizlik, ərazi bütövlüyü, torpaqlarımızın azad olunması məsələsində ümumi mövqeyin olması vacibdir və biz, bunun üçün hər şeyə hazırıq. Am-ma bu, təkcə bizdən asılı deyil. Nəzərə almaq lazımdır ki, ətrafda baş verən proseslərin Azərbaycana böyük təsiri var. Eyni zamanda, Azərbaycanı təhdid edən təhlükələr də mövcuddur.
- Hansı təhlükələri nəzərdə tutursunuz?
- Ukraynada, Krım ətrafında baş verən hadisələr Azərbaycan üçün çox böyük təhlükədir. Bu hadisə ikinci dünya müharibəsindən sonra formalaşan beynəlxalq təhlükəsizlik sistemini alt-üst edir. Artıq referendumun keçirilməsi, bir ölkənin razılığı olmadan ərazisinin qoparılıb başqa bir ölkəyə verilməsi prosesi göz önündədir.
Mən, ötən həftə mətbuata bildirmişdim ki, Krım hadisələrini arxa plana keçirmək üçün Rusiyanın müəyyən dairələri Qarabağ məsələsi ilə bağlı Azərbaycana qarşı təxribatçı addımlar ata bilərlər. Bu xəbərdarlığımdan üç gün keçməmiş Moskvada Jrinovski bəyan elədi ki, Qarabağı Rusiyaya birləşdirmək lazımdır. Düzdür, hamı Jrinovskiyə təlxək kimi baxır, amma Putin onu ordenlə təltif edir. Rusiya Dumasında isə onun partiyasına yerlər ayrılır. Ancaq bəzən Jrinovskinin dediklərini hakimiyyət bir neçə ildən sonra dövlətin əsas xətti kimi götürür. Yəni, Ukrayna hadisələrindən, Krım məsələsindən sonra Azərbaycan üçün xarici təhlükə qat-qat artıb.
- Belə bir məqamda Azərbaycan hansı mövqeyi tutmalıdır? Ümumiyyətlə, Azərbaycanın xarici təhlükəni dəf etmək gücü varmı?
- Belə bir məqamda, təbii ki, öncə ölkə daxilindəki problemlər həll olunmalıdır. Həm insan haqlarına, həm müxalifətə və vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə son qoyulmalı, həm də korrupsiya və digər problemlərə qarşı ciddi mübarizə aparılmalıdır. Bu, hakimiyyətin seçimi olmalı, hakimiyyət hərəkətə keçməlidir. Mürəkkəbləşən belə bir geopolitik durumda ölkənin daxilində sabitliyi yalnız polis gücünə saxlamaq mümkün deyil. Çünki hazırda elə bir situasiya yaranıb ki, əvvəlki metodlar heç bir nəticə verməyəcək.
- Eldar müəllim, Ukrayna hadisələri başladığı ilk vaxtlarda Siz də daxil olmaqla, əksər müxalifət nümayəndələri prosesin Azərbaycana da sirayət edəcəyini proqnozlaşdırırdı. Amma Ukrayna müxalifəti hakimiyyəti devirdi, növbədənkənar seçki təyin elədi, Azərbaycanda isə nəinki kütləvi narazılıq, heç hərəətlənmə belə olmadı. Bunu tufanqabağı sakitlik hesab edək, yoxsa vəziyyət qarşıdakı dövrdə dəyişəcək?
- Razıyam ki, hazırda Azərbaycan cəmiyyətində bir il bundan əvvəlki fəallıq yoxdur. Buna da təbii baxmaq lazımdır. Ona görə ki, seçki prosesi başa çatdıqda, demokratik düşərgə, müxalifət istəyinə nail ola bilməyəndən sonra, bir müddət cəmiyyətdə fəallıq azalır, passivlik artır. Biz bunu hər seçkidən sonra müşahidə etmişik. Ancaq buna baxmayaraq, cəmiyyətin daxilində narazılıq, sosial gərginlik azalmır. Biz hər gün görürük ki, müxtəlif yerlərdə, ayrı-ayrı quruplar narazılıqlarını ifadə edirlər. Bunu siyasi müxali-fət təşkil eləmir. Cəmiyyətin özü narazıdır. İş adamlarının, sakinlərin, gənclərin etirazları cəmiyyətin için-dən öz-özünə gəlir və bu etiraz heç kim tərəfindən təşkil oluna bilməz.
Düzdür, seçkidən sonra siyasi qüvvələrin fəallığı aşağı düşüb. Ancaq cəmiyyətin içərisində olan gərginlik artan xətt üzrə gedir. Bu da çox təhlükəli məsələdir. Çünki gərginlik artan xətt üzrə inkişaf edəndə, eti-razlar kor-təbii şəkildə gedəndə proseslər idarəolunmaz məcraya yönəlir və ölkə üçün ciddi təhlükələr yaradır. Təcrübə göstərir ki, hər hansı proses kor-təbii başlayanda ona kənardan müdaxilələr olur və xarici qüvvələr bundan istifadə etməyə çalışırlar. Belə olan təqdirdə kimlərsə prosesi istədikləri istiqamətə yönəldə bilərlər. Ona görə də, hesab edirəm ki, hazırki vəziyyət dövlətimiz, cəmiyyətimiz üçün təhlükəlidir. Bu mənada daha diqqətli olmaq lazımdır.
- Bəs vəziyyətdən çıxış üçün təklifiniz nədir?
- Hər şeydən öncə vəziyyətin kritik olduğunu anlamaq və problemin böyük olduğunu qəbul eləmək lazımdır. Belə vəziyyətdə ölkə daxilində hər kəsin maraqlarını təmin edə biləcək demokratik sistemə doğru islahatlar nə qədər tez başlasa, bir o qədər yaxşıdır. Əgər qeyd etdiyim istiqamətdə islahatlar başlamasa, lokal gərginliklər kortəbii kütləvi etirazlara çevriləcək.
- Necə düşünürsünüz, hazırda ölkədə baş verən lokal narazılıqları bir "çətir" altında birləşdirmək mümkündürmü, yaxud Azərbaycan müxalifəti bunu reallaşdıra bilərmi?
- Sosial narazılıqlar müxtəlif təbəqələrdə, müxtəlif yerlərdə cəmləşir. Gənclərin öz aksiyaları olur, evləri sökülən, kompensasiya ala bilməyən sakinlər ayrıca aksiya keçirir, ticarət obyektləri dağıdılan iş adamlarının özləri etiraz edirlər. Yəni, cəmiyyətin içərisində narazılıq bütün təbəqələri əhatə edir. Harda vəziyyət daha kritikdirsə, insanlar dözmürlərsə, orda etirazlar açıq müstəviyə keçir. Hazırda kimlərsə bunu normal qəbul edə bilər, amma bu, çox təhlükəlidir. Elə məqam yarana bilər ki, bütün bu etirazlar eyni məkanda və eyni vaxtda uzlaşar. Bu isə böyük bir sosial partlayışa gətirib çıxara bilər. Ona görə də, həm daxildə olan bu gərginliyi, həm də dünyada gedən və Azərbaycana təsir edəcək geopolitik proseslər nəticəsində təhlükənin qat-qat artmasını nəzərə alıb, daha çevik addımlar atılmalıdır. Əgər hakimiyyət situasiyanın ciddiliyini dərk edib, baxışlarını dəyişməsə, hazırki vəziyyət Azərbaycan üçün təhlükəli gələcək vəd edir.
- Eldar müəllim, Azərbaycan hakimiyyəti korrektələr etməyi sevmir. Sizcə, hazırki situasiya, gözlənilən təhlükə hakimiyyəti qeyd etdiyiniz istiqamətlərdə dəyişikliklərə getməyə sövq edəcəkmi?
- Hələlik hakimiyyətdə belə bir iradəni görmürəm. Düzdür, son dövrlər müxtəlif sahələrdə müxtəlif addımlar atırlar. Bəzi addımlar var ki, cəmiyyət tərəfindən müsbət qarşılanır. Məsələn, insanlar "ASAN xidmət"in fəaliyyətindən xoş sözlər danışırlar. Amma hər şeyi "ASAN xidmət" həyata keçmir. Azad və ədalətli seçkilərin keçirilməsini də "ASAN xidmət"ə tapşırmayacağıq ki... Ya da "ASAN xidmət" torpaqlarımı-zı azad etməyəcək.
Ola bilər ki, hər hansı addıma cəmiyyət müsbət yanaşır. Ancaq bütövlükdə dövlət siyasəti başqa şeydir. Dövlət orqanları vahid komanda olmalı, hamı eyni məqsədə xidmət eləməlidir. Amma bu gün bu yoxdur. Ayrı-ayrı sahələrdə müəyyən addımlar atılır ki, onlar müsbət qarşılanır, amma bütövlükdə Azərbaycanda vəziyyət pisdir. Ölkədə mövcud olan gərginlik azalmır, əksinə, artan xətt üzrə gedir. Ona görə də, bir daha qeyd edirəm ki, hakimiyyət bunu anlayıb, kompleks tədbirlərə başlamalıdır. Əks təqdirdə, ağır nəticələrlə üzləşəcəyik.
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL