Azər Sarıyev AzərTAc-dakı istefasından danışdı

img

25-03-2014 [12:08]


Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin sabiq müdiri Azər Sarıyev AzərTAc-ın Türkiyə Respublikasındakı xüsusi müxbiri vəzifəsindən imtina edib. Modern.az-ın məlumatına görə, Azər Sarıyev istefasına belə aydınlıq gətirib.

”Son günlər AzərTAc-ın Türkiyə üzrə xüsusi müxbiri vəzifəsindən çıxmam barədə soruşulanlara cavab olaraq bilidirirəm:
1. İşdən özüm çıxmışam. Səbəb: 1. Oradakı şərtlərə və şəraitə uyğunlaşa bilmədim. 
2. Övladlarıma təhsil verməklə bağlı hədəflərimə çatmanın mümkün olmayacağını gördüm”.

A.Sarıyev bildirib ki, Türkiyədə liseylərin illik yox, aylıq ödənişi ən azı 1000 dollardan başlayır... 

”Məni anlayışla qarşıladıqlarına görə AzərTAc-ın rəhbərliyinə və kollektivinə təşəkkürümü bildirirəm. Əsl ustad jurnalistlərin rəhbərlik etdiyi çox peşəkar və səmimi kollektivi var AzərTAc-ın”-deyə A.Sarıyev qeyd edib.

A.Sarıyev bundan sonrakı fəaliyyətinə aydınlıq gətirməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA