MMP-də bayram süfrəsi açılıb

img

19-03-2014 [15:35]



Bu gün Müasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin və rayon təşkilat sədrlərinin iştirakı ilə bayram süfrəsi açılıb.

Məclis bayram əhval-ruhiyyəli olsa da ,süfrə arxasında əsas siyasi məsələlər müzakirə edilib. Həmişə olduğu kimi Muasir Musavatçıları narahat edən vacib məsələlərdən danışılıb və partiyanın marağına uyğun qiymət verilib.

Məclisdə hələ davam edən Ukraina məsələsi ,həllini tapmayan "Sovetski”olayları ,üstəgəl metroda ticarət obyektlərinin sökülməsi ,ticarət mərkəzlərində baş verən yanğınlar ,olkədə "Nurçu” sindromu müzakirə edilib.Baş verən hadisələrə düzgün siyasi qiymət verməyə çalışılıb.”

Bundan sonra partiyadaxili məsələlərə də baxış keçirilib.

Partiya sədri Hafiz Haciyev partiyadaşlarını bayram münasibəti ilə təbrik edib.Bunun ardından bayramdan sonra daha aktiv siyasi fəaliyyətə başlamağın vacibliyindən söz açıb.

Toplantıda 2014-cü ildə keçiriləcək bələdiyyə seçkisi ilə bağlı MMP rayon təşkilatlarında görülən işlərin hesabatı dinlənilib Hər bələdiyyə üzrə yaradılmış xüsusi qruplara yeniden tapşırıqlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA