Putinlə Makron arasında 1.5 saat çəkən telefon danışığı olub - Nələr müzakirə edilib?

img

03-03-2022 [15:59]


Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“France-Presse” agentliyi xəbər verir ki, onların danışığı 1,5 saat çəkibAPA.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, müzakirələrdə Putin Makrondan xarici vətəndaşların Ukrayna ərazisindən təhlükəsiz çıxarılmasına dəsətk verilməsini istəyib. O, hətta Xarkovda Ukraynada hindistanlı böyük bir tələbə qrupunu olduğunu xatırladıb, onların çıxarılmasının vacibliyini önə çəkib.

Makron bütün bunlar barədə Kiyev rəhbərliyi ilə müvafiq danışıqlar aparacağını deyib: "Ukraynadakı humanitar problemlərin həlli üçün xarici tərəfdaşlarla əməkdaşlığa hazıram".

Qeyd edək ki, Putinə müzakirədən sonra Makron Zelenski ilə danışıb.

Hələlik bu görüşün detalları barədə məlumat verilməyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?