Ukrayna son 6 gündə 660 mindən çox insan tərk edib

img

01-03-2022 [20:43]


Son altı gündə Ukraynadan qonşu ölkələrə 660 mindən çox qaçqın gedib.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) rəsmi nümayəndəsi Şabia Mantu bildirib.

Onun sözlərinə görə, Ukraynada 470 mindən çox başqa ölkə vətəndaşı var və onların çoxu ölkəni tərk edə bilmir/Report.

Məlumata görə, qaçqınların sayındakı artım davam edərsə, bu əsrdə Avropada ən böyük qaçqın böhranı yaşanacaq.

Təşkilatın nümayəndəsi əmin edib ki, BMT QAK öz resurslarını mümkün qədər tez və səmərəli səfərbər edir.

Mantou son bir neçə gün ərzində sərhədləri qaçqınlar üçün açıq qoyan Ukraynanın qonşularının mövqeyini yüksək qiymətləndirib.

Qaçqınların əksəriyyəti Polşa, Macarıstan, Moldova, Rumıniya, Slovakiyaya, qalanları isə digər Avropa ölkələrinə gedir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?