Gürcüstan iqtidarı”: "Bizi hansısa şəkildə müharibəyə cəlb etməyə çalışırlar"

img

01-03-2022 [16:55]


Könüllülərin Ukraynaya göndərilməsi hərbi münaqişədə birbaşa iştirak anlamına gəlir.

Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, müxalifət də daxil olmaqla bəzi dövlət əleyhinə qruplar Gürcüstanı hansısa şəkildə müharibəyə cəlb etməyə çalışır.

İ. Kobaxidze əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenksi Qərbin hərbi münaqişədə iştirakını istəsə də, Qərb münaqişədə iştirak etməkdən imtina edib və bunu açıq şəkildə bəyan edir.

O qeyd edib ki, istənilən şəxsin Gürcüstandan Avropa ölkəsinə uçması və oradan Ukraynaya keçməsi mümkündür, lakin ölkənin hərbi gücü təşkilatlandıraraq göndərməsi Gürcüstanı münaqişənin iştirakçısına çevirə bilər/APA.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenksi Gürcüstan hökumətinin Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı mövqeyini və könüllü döyüşçülərin Ukraynaya getməsinə mane olmasını əsas gətirərək səfir İqor Dolqovu məsləhətləşmələr üçün geri çağıracağını bəyan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?