NATO Estoniyadakı qoşunlarının sayını iki dəfə artıracaq

img

01-03-2022 [17:49]


“NATO-dakı müttəfiqlərimiz Estoniyadakı qoşunlarının sayını iki dəfə artıracaq”.

“RİA Novosti” xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Kalle Laanet martın 1-də ölkə parlamentində bildirib.

Qanunverici orqanın Ukraynadakı vəziyyətlə bağlı xüsusi toplantısında çıxış edən nazir söyləyib ki, yaxın 2-3 ay ərzində NATO Şərq cinahında çəkindiriciliyi təmin etmək məqsədi ilə Estoniyadakı qoşunlarının sayını iki dəfə artıracaq.

K.Laanet bildirib ki, artıq Böyük Britaniya Estoniyaya 900 nəfərdən ibarət əlavə taborun yerləşdirilməsi barədə qərar qəbul edib: “Onların bir qrupu artıq Estoniyadadır. Fransa 300 nəfər, Danimarka 250 nəfər göndərəcək”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?