Əli Həsənov: “Zəiflər bu cərəyanlara qoşulub...”

img

17-03-2014 [18:33]


"Azərbaycan dövləti hansı mövqedə, hansı cəbhədə olmasından asılı olmayaraq, bütün jurnalistlərə hörmətlə yanaşır”. 


MİA APA-ya istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı ilə bağlı jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində bildirib.

Ə. Həsənov deyib ki, yaxın keçmişdə hansısa cərəyanların Azərbaycan jurnalistini Azərbaycan dövlətinə, milli maraqlara qarşı çevirmək cəhdləri olub: "Təəssüf ki, müəyyən qədər zəif insanlar bu cərəyanlara qoşulub, bu şəbəkələrin tərkibində dövlətinə, millətinə qarşı iştirak ediblər. Amma dövlət heç vaxt bu adamları cəzalandırmaq haqda düşünməyib. Onların cəzasını xalq, tarix verib”.

PA rəsmisi bu gün Azərbaycanda jurnalistlərə hər cür şərait yaradıldığını vurğulayıb: "Jurnalistlər yaradıcı insanların ən aktiv təbəqəsidir. Prezident İlham Əliyev Heydər Əliyevin jurnalistlərə, yaradıcı insanlara olan qayğısını davam etdirir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA