Ukrayna Baş nazirinin müavini: “Siz Marsı müstəmləkə etməyə çalışarkən, Rusiya da..."

img

26-02-2022 [17:47]


Ukrayna Baş nazirinin müavini Mixail Fyodorov “Tesla Inc.” şirkətinin rəhbəri İlon Maska müraciət edib.

Mia.az Report-a istinadla xəbər verir ki, Ukrayna dövlət rəsmisi Maskdan ölkəyə “Starlink” peyk internetinə çıxışın təmin edilməsi xahişi ilə çıxış edib.

“Hörmətli İlon Mask!... Sizdən xahiş edirəm, Ukraynanı mümkün qədər tez “Starlink” stansiyaları və peyk internetə çıxışla təmin edəsiniz. Həmçinin Rusiyaya müraciət etməyinizi xahiş edirəm - çox sayda düşüncəli rusiyalı sizə hörmət edir!”, - o, "Telegram" kanalında yazıb.

Fyodorov vurğulayıb ki, Ukraynanın dəstəyə ehtiyacı var.

“Siz Marsı müstəmləkə etməyə çalışarkən, Rusiya da Ukraynanı müstəmləkə etməyə çalışır! Raketləriniz kosmosdan uğurla enərkən, Rusiya raketləri Ukrayna bağçalarını və xəstəxanalarını bombalayır!”, - Baş nazirin müavininin “Tesla Inc.”in rəhbərinə müraciətində deyilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?