Britaniyanın müdafiə nazirindən sensasiyalı açıqlama: "Çar I Nikolay da vaxtı ilə Putinin səhvini etmişdi"

img

23-02-2022 [16:54]


"Biz hər zaman, dünyanın istənilən yerində Rusiyanın maraqlarına zərbə vurmağa hazırıq”.

TASS xəbər verir ki, bunu Böyük Briyaniyanın müdafiə naziri Ben Uolles jurnalistlərə açıqlamasında deyib.

“Şotland qvardiyaları 1853-cü ildə Krımda çar I Nikolayı “təpiklədilər”. Biz bunu həmişə etməyə hazırıq”, - o, bildirib.

Nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin I Nikolayın Qərblə qarşıdurmada buraxdığı səhvi təkrarlayıb: “Çar I Nikolay da vaxtı ilə Putinin səhvini etmişdi. Onun da dostları, tərəfdaşları yox idi”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?