XİN başçısı: "Putini dayandırmaq üçün iqtisadiyyatını və dəstəsini daha çox, daha sərt və indi vurun”

img

23-02-2022 [12:44]


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rəsmi Kiyevin tərəfdaşlarına müraciət edib.

O, tviter hesabında paylaşdığı müraciətdə bildirib:

“Rusiyanın təcavüzünün qarşısının alınması üçün tərəfdaşlarımızı daha çox sanksiya tətbiq etməyə çağırırıq. Fevralın 22-də ilk qətiyyətli addım atılıb. Biz buna görə tərəfdaşlarımıza minnətdarıq. İndi Vladimir Putini dayandırmaq üçün daha çox təzyiqə ehtiyac var. İqtisadiyyatını və dəstəsini vurmaq lazımdır. Daha çox, daha sərt və indi vurun”, - nazir qeyd edib/Report.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?