Gürcüstan prezidenti və XİN başçısından Ukraynaya dəstək bəyanatı: "Beynəlxalq hüququn fundamental prinsipləri pozulub"

img

22-02-2022 [09:03]


Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərini tanımasını qətiyyətlə pisləyib.

Bu barədə dövlət başçısı tviter hesabında yazıb.

S.Zurabişvili Gürcüstanın Ukrayna Prezidenti Volodimir Zelenskinin yanında olduğunu bildirib, ölkənin ərazi bütövlüynə dəstək ifadə edərək sülhün tərəfdarı olduğunu vurğulayıb.

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani də Rusiyanın addımını pisləyib. O tviter hesabında Donetsk və Luqansk vilayətlərinin tanınmasının beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması kimi qiymətləndirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?