Putinin sözçüsü: "Vəziyyət, həqiqətən, çox gərgindir, atışmalar daha da intensivləşir"

img

21-02-2022 [13:10]


Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna ilə sərhəddəki vəziyyətə münasibət bildirib.

TASS xəbər verir ki, o, Ukraynanın cənub-şərqindəki gərginliyin azalmasına dair heç bir əlamət görmədiklərini deyib.

"Bu, dərin narahatlıq doğurur. Vəziyyət, həqiqətən, çox gərgindir. Atışmalar daha da intensivləşir”, - deyə o qeyd edib/Report.

Peskov onu da bildirib ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Mia.az-ın məlumatına görə, söhbət Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasından deyil, böyük iclasdan gedir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?