Xanım deputat Zeynəb Xanlarovaya qarşı çıxdı

img

14-03-2014 [23:46]



Xəbər verdiyimiz kimi, ötən dəfə Milli Məclisin iclasında millət vəkili Zeynəb Xanlarova Xəzər dənizi boyu hasarların çəkilməsinə irad bildirmişdi.

Modern.az-ın məlumatına görə, bu gün millət vəkili Elmira Axundov Zeynəb Xanlarovanın fikirlərinə əks gedərək çimərliklərin hasarlanmasının tərəfdarı olduğunu bildirib. "İlk olaraq mən də Xəzərboyu hasarlamaların əleyhinə idim. Bu gün bunun tam tərəfdarıyam”, – deyə deputat qeyd edib. "Gəlin Şüvəlan, Buzovna qəsəbələrindəki pulsuz çimərliklərə nəzər salaq. Deyərdim ki, Balaxanıdakı zibilxana oradan daha səliqəli, daha təmizidir.

Çimərliklərin bu günə düşməsində təbii ki, özümüz günahkarıq. Amma bizimlə yanaşı dövlət qurumları da məsuliyyət daşıyır. Xəzər Rayon İcra Hakimiyyəti, rayon bələdiyyəsi ərazidə təmizləmə işi aparmır. Halbuki pulsuz çimərliklərə bitişik olan ödənişli çimərliklərdə ciddi təmizlik hökm sürür. Bu da suallara cavabdır. Qarşıdan yay gəldiyi üçün ictimai çimərliklərin ətraf ərazilərinin ekoloji problemi gündəmə gəlir. Bütün dövlət qurumları "Təmiz şəhər” ASC-dən ibrət götürsün. Bu şirkət qısa müddət ərzində Bakı şəhərinin tullantılardan təmizlənməsində əhəmiyyətli işlət görüb”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA