Qanun layihəsi parlamentin komitələri arasında gərginlik yaratdı

img

13-03-2014 [22:40]


Bu gün Milli Məclisin Aqrar Siyasət və Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitələrinin iclasında "Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. 

Millət vəkili Elton Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında qanunun 1998-ci ildə qəbul olunduğunu bildirib. Onun sözlərinə görə, hazırda müzakirə olunan sənəd Aqrar komitədə qəbul olunub. "Eldar İbrahimov qanunvericilik sahəsində böyük təcrübəyə malik olan millət vəkillərindəndir. Amma onu da deyim ki, sənəd bütün parametrləri ilə Energetika və ekologiya komitəsinə aid olan məsələdir”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov həmkarına cavab verərək bildirib ki, əslində sənədin hansı komitəyə aid olmasından söhbət getməməlidir. "Burada sənin, mənim söhbəti yoxdu. Sənəd müzakirəyə çıxarılacaq. Qəbul olunandan sonra Milli Məclisin olacaq. Yəni hər hansı komitənin adına olmayacaq”.

Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev qanun layihəsi ilə bağlı Elton Məmmədovun qaldırdığı məsələyə münasibət bildirib. O, qeyd edib ki, "Yaşıllıqların mühafizəsi haqqında” qanunda bütün məsələlər nəzərə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA