Hafiz Hacıyev: «Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr var»

img

13-03-2014 [15:05]


Məlum olduğu kimi, sosial şəbəkələrdə bir qrup fəal Azadlıq meydanında mitinqin keçirilməsi ilə bağlı çağırış yayıb. 

Mitinqə çağırış edən gənclər aksiyanı martın 15-nə təyin ediblər. Mitinqin keçirilməsində məqsəd "Sovetski" kimi tanınan məhəllənin sökülməsi, AXCP-nin qərargahının yerləşdiyi ofisdən çıxarılması, metropoliten ərazisində ticarət obyeklərinin yığışdırılması və həmin binanın sökülməsi və məmur özbaşnalığına son qoyulmasıdır. Yayılan müraciətdə mitinqin heç bir siyasi partiya və təşkilat tərəfindən təşkil olunmadığı qeyd olunub. 

 Məsələylə bağlı mia.az-a açıqlama verən Müsair Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, hazırda Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr var. Onun sözlərinə görə, artıq buna qismən nail olublar: «Diqqət edirsinizsə, son günlər "Sovetski" kimi tanınan məhəllənin sökülməsi, metropoliten ərazisində ticarət obyeklərinin yığışdırılması kimi hadisələr yaşanır və buna adekvat narazılıqlar olur. Bütün bunların hamısı həmin təxribat planlarının tərkib hissəsidir. Bunlar da ölkədə aparılan və aparılacaq islahatların qarşısını almağa yönələn addımlardır. Onu da qeyd edim ki, bu məsələdə Əli Kərimli və ətrafı çox ciddi şəkildə işləyir. Artıq bir sıra Avropa dövlətlərinin nümayəndələri Əli Kərimli ilə görüşüb ona dəstək verəcəklərini bildirirlər. Bizdə məlumat var ki, Leyla Yunus "Sovetski"də gizli şəkildə insanlarla görüşür və onları etiraza səsləyir». MMP sədrinin sözlərinə görə, ayın 15-də Azadlıq meydanında mitinq keçirilməsi məsələsi də təsadüyü ortaya çıxmayıb. H.Hacıyev hesab edir ki, son günlər ölkədə olan narazılığın arxasında xarici qüvvələrə işləyən müxalifət dayanır: «Düzdür, mitinq təyin edənlər heç bir müxalifət partiyasının nümayəndəsi olmadıqlarını bildirirlər, amma hər şey gün kimi ortadadır. Bu gün prezident ölkədə həm kadr, həm də digər sahələr üzrə islahatlara başlayıb, amma bəzi qüvvələr bundan narahat olduqlarına görə təxribat xarakterli addımlar atmağa başlayıblar. Onlar sabitliyi pozmaqla islahatların qarşısını almağa çalışırlar. Amma əmin olsunlar ki, Müsasir Müsavat Partiyası olaraq, biz buna imkan verməyəcəyik. Əgər həmin qüvvələr Azadlıq meydanında mitinq keçirməyə cəhd edərlərsə, qarşılarında bizi görəcəklər. Biz heç kimə ölkədə sabitliyi pozmağa imkan verməyəcəyik».

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA