Beyləqanda "zapravka"ya saxta pul verən tutulub

img

08-02-2022 [11:20]


Beyləqanda yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, Beyləqan Rayon polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il dekabrın 28-də vətəndaşa 5 ədəd 200 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun 2021-ci il dekabrın 23-də 2-ci Aşıqlı kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində operatora 1 ədəd 200 manatlıq saxta əsginas verib 10 litr yanacaq alması da müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA