Ağcabədi rayonunda həmkəndlisini bıçaqlayan şəxs tutulub

img

07-02-2022 [10:12]


Ağcabədi rayonunda həmkəndlisini bıçaqlayan şəxs tutulub.

Hadisə fevralın 4-də rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Əfqan Hüseynov həmkəndlisi Orxan Əliyevlə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, O.Əliyevə bir neçə bıçaq zərbəsi endirib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra Ə.Hüseynov saxlanılaraq istintaqa təqdim edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA