Hərbi Dəniz Qüvvələrinin işdən çıxarılan komandanı danışdı: “Belə məsləhət imiş”

img

12-03-2014 [12:23]


"Belə məsləhət imiş, belə də oldu. Bu barədə heç nə danışmaq istəmirəm”. Bunu APA-ya açıqlamasında dünən tutduğu vəzifədən azad edilən Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov deyib. O, ölkə başçısının sərəncamına əlavə şərh vermək istəmədiyini qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib. Ş. Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA