“Sovetski” məsələsi MMP-də müzakirə edilib

img

11-03-2014 [14:04]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin və rayon təşkilat sətrlərinin iştirakı ilə növbəti toplantı keçirilib. 

Tədbirdə Muasir Musavat Partiyasını narahat edən, 2014-cü il üçün vacib olan və gündəlikdə duran əsas məsələlərdən olub. Toplantıda ilk öncə Ukrainada və "Sovetskide” yaranmış gərgin vəziyyət müzakirə edilib.Baş verən hadisələrə düzgün siyasi qiymət verməyə çalışılıb.”Sovetski "məsələsi ilə bağlı Yasamal rayon təşkilat sədri Ələddin Əsgərovun çıxışı dinlənilib.Ona göstəriş verilib ki, təşkilatın fəalları ilə birgə camaatla sıx təmasda olsun. Bundan sonra partiyadaxili məsələlər müzakirə edilib. Xəbər vermişdik ki,3 dəfə prezident seşkisi,bir o qədər parlament və bələdiyyə seçkisində iştirak edən partiya bundan sonrakı fəalliyətini hansı aspektdə,hansı strategiya üzərində quracağı haqda konsepsiya hazırlayıb. Hər seçkidən sonra öz siyası xəttini yenidən müəyyənləşdirən bütün partiyalar kimi MMP-də də bu ənənə həyata keçirilir Neçə vaxt bundan öncə hazırlanaraq rayon təşkilatlarına paylanılan konsepsiyanın yekun rəylərinin müzakirəsinə başlanılıb. Müzakirələr bitdikdən sonra MMP Siyası Şurasında partiyanın 2014-cü ilə olan siyasi xətti təsdiq ediləcək . Qeyd edək ki,kansepsiyanın əsas xətti təşkilatlanma ilə bağlıdır.Partiyanın verilən məlumata görə işlənib hazırlanan konsepsiya əsasən seçkidən sonra yaranan durğunluğu aradan qaldıracaq.Təşkilatda insanların aktiv olmayan hissəsi arasında müəyyən iş,təbliğat aparmaq və təşkilata yeni üzvlərin cəlb edilməsinə nail olmağa hesablanıb .Məlumat üçün deyək ki ,MMP 2014-cü ildə keçiriləcək bələdiyyə seçkisi ilə bağlı artıq hazırlıqlara başlayıb. Hər bələdiyyə üzrə xüsusi qruplar yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA