İSBAM və Azərbaycan Qaçqınlar Cəmiyyəti arasında əməkdaşlıq protokolu imzalandı - FOTOLAR
27-01-2022 [18:14]
Qərbi Azərbaycan uğrunda mübarizə aparan təşkilatlar qüvvələrini birləşdirməkdə davam edir.
Mia.com xəbər verir ki, yanvarın 26-da Azərbaycan Qaçqınlar Cəmiyyətinin qərargahında daha iki təşkilat – Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması ilə İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) arasında Əməkdaşlıq protokolu imzalanıb.

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqlar barədə danışdı və təəssüflə bildirdi ki, Ermənistan tərəfi bu reallıqları qəbul etməyin alternativsizliyini hələ də dərk etmir, erməni tərəfin revanşist qüvvələri öz faşist niyyətlərindən hələ də əl çəkmək istəmir və bütün bunlar bizdən daim ayıq-sayıq olmağı, tarixi hüquqlarımız uğrunda mübarizədən bir an geri durmamağı tələb edir.

AQC və QAİ sədri, millət vəkili Əziz Ələkbərli və İSBAM sədri Samir Adıgözəlli rəhbərlik etdikləri təşkilatların fəaliyyət istiqamətləri və hazırda həyata keçirdikləri layihələr barədə tədbir iştirakçılarını məlumatlandıraraq erməni yalanlarının ifşası və Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yolunda birgə fəaliyyətin zəruriliyini xüsusi qeyd etdilər. Qarabağ münaqişəsinin ilk mərhələsində – 1988-1991-ci illərdə ata-baba yurdlarından vəhşicəsinə qovulmuş insanların problemlərini beynəlxal müstəviyə çıxarmaqda qərarlı olan tərəflər bundan sonrakı fəaliyyətlərində birgə hərəkət edəcəklərini, bir-birlərinə dəstək verəcəklərini bəyan edərək təşkilatları arasında “Əməkdaşlıq Protokolu” imzaladılar.

Sənədi Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması adından təşkilatın sədri, millət vəkili Əziz Ələkbərli və İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) adından təşkilatın sədri Samir Adığözəlli imzaladılar.

Tədbirdə hər iki təşkilatın rəhbər orqanlarının nümayəndələri iştirak edirdilər.




AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər