"Marsel" klubunun rəsmiləri "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gələcək

img

24-01-2022 [12:20]


Fransanın "Marsel" klubunun rəsmiləri UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlməyi planlaşdırır.

Ağdam təmsilçisinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, səfər fevralın 17-dək baş tutacaq.

"Marsel"in nümayəndələri artıq bir dəfə Bakıda olublar. Onlar otellərə və oteldən stadiona olan məsafəyə baxış keçiriblər.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək. Ağdam komandası Marseldəki matçadək fevralın 1-də və 12-də "Keşlə" ilə Azərbaycan Kubokunun 1/4 final görüşlərində, fevralın 7-də isə "Neftçi" ilə Premyer Liqanın XV tur qarşılaşmasında üz-üzə gələcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA