AB-dən Yadigar Sadıqova dəstək

img

09-03-2014 [12:09]


Avropa Birliyinin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasının üzvləri Müsavat başqanının həbsdə olan müşaviri Yadigar Sadıqovun məhkum edilməsi barədə məhkəmə qərarını şiddətlə qınayan bəyanat yayıblar.

Musavat.com-un məlumatına görə, bəyanatda bildirilir ki, müxalifət partiyası sədrinin müşaviri heç bir əsas olmadan, sırf siyasi motivlərlə, sifarişli məhkəmə hökmü ilə məhkum olunub.

Qeyd olunur ki, Azərbaycanda bu kimi hallara nadir hallarda rast gəlinmir, te-tez olur, təkcə 2103-cü ildə xeyli siyasi fəal həbs olunub və bəzilərinin məhkəməsi davam edir.

Bəyanatda qeyd olunur ki, yerli və beynəlxalq hüquq müdafiəçiləri Sadıqovun həbsinin siyasi motivlərlə olduğunu qeyd ediblər.

Sənəddə Yadigar Sadyghov liberal dəyərlərə önəm verən, yüksək mədəniyytə malik, dürüst bir ziyalı kimi xarakterizə olunur, onun Lənkəran Dövlət Universitetinin keçmiş müəllimi və publisistik yazılarla çıxış edən yazar olduğu vurğulanır.

Bəyanatda Sadıqovun həbsinin əsl səbəbi, Müsavat başqanının 2013-cü ilin əvvəlində Lənkərana səfər etməsi, bu zaman Sadıqovun fəallıq göstərməsi və səfərin təşkilatçı olması qeyd olunur.

Sənədi imzalayanlar Azərbaycan hakimiyyətini Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməyə,siyasi məhbusları dərhal azad etməyə çağırır.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA