Fuad İsmayılov “Atəşgah”dakı vəzifəsindən ayrılıb

img

19-01-2022 [15:22]


“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədr müavini İsmayılov Fuad Faiq oğlu dövlət qulluğuna dəvət olunması ilə əlaqədar 14.01.2022-ci il tarixində öz istəyi ilə vəzifəsindən ayrılıb.

Mia.az xəbər verir ki, bu barədə FED.az-a şirkətdən məlumat verilib.

O, 2012-ci ildən “Atəşgah” Sığorta Şirkətində müxtəlif vəzifələr -daxili auditor, Biznesə dəstək şöbəsinin müdiri, son 6 ildə isə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədr müavini vəzifəsini tutmuşdur. Peşəkar fəaliyyəti dövründə vəzifələrini layiqincə yerinə yetirmiş, ”Atəşgah” Sığorta Şirkətinin nailiyyətlərinə əhəmiyyətli qatqıları olmuşdur..

“Atəşgah” Sığorta Şirkəti Fuad İsmayılova yeni peşəkar fəaliyyətində uğurlar arzu edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA