PREZİDENT YENİ NAZİR TƏYİN ETDİ - Sərəncam

img

19-01-2022 [12:21]


Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın səhiyyə nazirinin birinci müavini Teymur Musayev  vəzifəsindən azad edilərək, səhiyyə naziri təyin olunub.

Qeyd edək ki, T.Musayev 2021-ci ilin aprelin 23-dən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin olunmuşdu. Həmin dövrdən indiyədək o, səhiyyə nazirinin vəzifələrini icra edirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR