AMIP: “Ukraynadakı qalibiyyət Azərbaycanı da həvəsləndirə bilər”

img

07-03-2014 [14:07]


Xəbər verildiyi kimi AMİP sədri Yusif Bağırzadə və partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev İrlandiyanın paytaxtı Dublin şəhərində 6-7 mart tarixlərində keçirilən Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyasının ( AXP) Qurultayında iştirak edirlər.Tədbirin ilk günü qurultay çərçivəsində baş tutan "Ukraynadakı böhran və Avropa İttifaqının şərq tərəfdaşlığı siyasəti " mövzusunda dəyirmi masada AMIP sədri Yusif Bağırzadə çıxış edib. Yusf Bağırzadənin həmin çıxışını təqdim edirik: "İlk növbədə bu mövzuda dəyirmi masanın keçirilməsini və çox aktual olan bir mövzuda disskusiyaların aparılmasını yüksək qiymətləndirirəm. Avropa Birliyinin genişləndirmə siyasətini Avropanın bütün xalqları üçün üğurlu bir model hesab edirəm. Hesab edirəm ki, Avropa Birliyinin indiki və gələcəkdə genişləndirilmiş vəziyyətini bu birliyə qoşulmaq istəməyən ölkələr özlərinə qarşı təhlükə kimi qəbul etməməlidirlər. Əksinə həmin ölkələr də, Avropa da bu gün üçün mükəmməl model olan Avropa Birliyi modelinə inteqrasiya etmək barədə düşünməlidirlər. Bu gün Ukraynada şahidi olduğumuz vəziyyət hamını narahat edir. Ölkənin Avropa Birliyi ilə yaxınlaşma istəyinə Rusiya tərəfindən verilən reaksiya təəssüf doğurur. Maraglı hal ondadır ki, bu mövqe konkret Rusiya hakimiyyətinin mövqeyidir. Əminliklə demək istərdim Rusiya xalqlarının əksəriyyəti isə tamam əksini istəyir. Fikir verin, Avropadakı avtoritar üsulla idarə olunan dövətlər Avropa Birliyi ilə münasibətlərə soyuq yanaşırlar. O ölkələrdə ki, demokratik institutlar normal formalaşmayıb, iqtisadi azadlıqlar qorunmur, siyasi hakimiyyət xalqın iradəsindən asılı olmadan formalaşır. Təbii ki, həmin dövlətlərin hakimiyyətləri bu interqrasiyanın əleyhinə olurlar və yaxın qonşularını da hər yolla bu yoldan çəkindirməyə çalışırlar. Çünki Avropa Birliyinin öz standartları var. Bu birliyə daxil olan və ya olmaq istəyən dövlətlər öz ölkələrində siyasi-iqtisadi islahatlar aprmalıdır .Bu islahatlar aparılacağı təqdirdə isə öz hakimiyyətlərini itirəcəklərini yaxşı bilirlər. Hesab edirəm ki, bu gün üçün mövcud olan ədalətli standartlar hələ ki budur. Rusiya hakimiyyətinin Ukraynaya qarşı olan bu münasibəti dediyim faktordan qaynaqlanır. Yəni Ukraynanın Avropa Birliyinə doğru addımlayacağı halda Rusiya özü ilə böyük bir sərhəddi olan, demokratik iqtisadi azadlıqları malikbir dövlətlə qonşu olmaq məcburiyyətində qalacaq. Sonradan bunun Rusiyanın özündə demokratik cəmiyyət uğrunda mübarizə aparan insanlara stimul verəcəyi faktoru da rəsmi Moskvanı narahat edir. Ən başlıcası Ukraynasız Kömrük İttifaqının yaranması o deməkdir ki, bu təşkilatın gələcəyi yoxdur. Eyni zamanda Ukraynada demokratik qüvvələrin qələbə qazanması bu qələbəni sona qədər qoruyub xalqın etimadını doğrultması Azərbaycanın da Avropa Birliyi ilə yaxınlaşmasına stimul olacaq. Bunun üçün Avropa Birliyi Ukrayna xalqlarını bu yolda daim dəstəkləməlidir. Ukraynanın ərazi bütövlüyünün pozulmasına yol verməməlidirlər. Bu gün Krımda baş verənlər hamını narahat etməlidir. Biz belə problemlərin necə yaradıldığının şahidiyik. Sovetlər Birliyi dağılandan sonra o zamankı Rusiya hakimiyyətinin planı ilə keçmiş respublikalarda separatçı meyllər gücləndirildi. Nəticə olaraq Azərbaycan üçün Dağlıq Qarabağ, Gürcüstan üçün Abxaziya və Cənubi Osetiya, Moldova üçün Dnestryanı problemləri yaradıldı. Bu problemlərdən bu günə qədər təzyiq vasitəsi kimi həmin dölətlərə qarşı istifadə olunur. Krımla bağlı da bu ssenarinin həyata keçirilməsi təhlükəsi var. Amma ümüd edək ki, Ukrayna xalqının öz gələcəyi uğrunda apardığı mübarizə müsbət sonluqla nəticələnəcək” .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA