Prokurorluq Anar Məmmədli ilə bağlı təqdimat verib

img

05-03-2014 [17:26]


Bakı İstintaq Təcridxanasında saxlanan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlini həbs müddəti uzadıla bilər. "Media forum” saytı xəbər verir ki, Baş Prokurorluq Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Təqdimata martın 6-da baxılacaq.


Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

Bir sıra yerli və beynəlxalq təşkilatlar Anar Məmmədlinin günahsız olduğunu vurğulayır və onun dərhal azad edilməsini istəyirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA