Xaçmazda güllələnmə: 33 yaşlı kişi qarnından vuruldu

img

09-01-2022 [09:14]


Xaçmazda güllələnmə hadisəsi olub.

Hadisə gecə saatlarında Köhnə Xaçmaz kəndində qeydə allnıb.

Rayonun Köhnə Xaçmaz kənd sakini, 1989-cu il təvəllüdlü Cavid Rəhim oğlu Mahmudov ov tüfəngindən açılan atəş nəticəsində qarın nahiyəsindən ağır xəsarət alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona həmkəndlisi Mayılov Nail Kərim oğlu tərəfindən münaqişə zəminində xəsarət yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA