Bakı-Ələt yolunda daha iki qəza: 8 nəfər yaralanıb

img

05-01-2022 [10:53]


Bu gün səhər saatlarında Bakı-Ələt yolunda daha iki avtomobil qəzası olub.

Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən bildirilib ki, nəticədə ümumilikdə 8 yaralı var.

Bildirilib ki, baş verən ilk qəza nəticəsində mərkəzə 5 yaralı gətirilib: "Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Bundan bir qədər sonra baş verən ikinci qəza nəticəsində Mərkəzə 3 yaralı gətirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşı olub. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA