AXCP-nin qərargahı BOŞALDILIR

img

04-03-2014 [11:24]


Bu gün səhər saat 9.00-da Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahmar İbadov AXCP-nin qərargahına gələrək binanı boşaltmağı tələb edib. MİA azadlıq.az-a istinadən bildirir ki, AXCP Ali Məclisinin sədri Həsən Kərimovla görüşən Ş.İbadov binanın qəza vəziyyətində olduğunu söyləyib. H.Kərimov isə binanın sahibi olduğunu söyləyərək onunla təhvil-təslim həyata keçirilməli olduğunu söyləyib. Əvvəlcə AXCP-yə binanı bu gün saat 4-ə qədər boşaltmağa icazə verilsə də, sonradan bu qərar dəyişdirilib. Daha sonra əraziyə gələn Nərimanov rayon polis idarəsinin əməkdaşları qərargahı dərhal boşaldıllmasın istəyib.

Hazırda qərargah FHN-nin əməkdaşları tərəfindən möhürlənərək ətrafı sarı lentə alınıb. FHN-in əməkdaşları binanın söküləcəyini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA