Nemət Pənahlı ailə üzvləri ilə görüşüb

img

03-03-2014 [17:00]


Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlıya ailəsi ilə qısamüddətli görüş verilib.

Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı martın 3-də "Media forum” saytına açıqlamasında deyib ki, görüş fevralın 28-də olub: "Uşaqları da özümlə aparmışdım. Nemətin səhhəti, əhvalı çox pisdir. Şəkəri ona əvvəlkindən artıq əziyyət verir. Bu dəfə həbsxanada yemək qəbulu vaxtı olduğu üçün apardığım ərzaqları götürməkdə problemi olmadı. Sadəcə 3 saat qapıda gözlətdikdən sonra içəri buraxdılar. Çöldə gözləməkdən uşaqlar da xəstələnib. Niyə gec buraxdıqları ilə bağlı hər hansı açıqlama vermədilər”.

52 yaşlı Nemət Pənahlı 6 övlad atasıdır. O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA