MMP Gənclər təşkilatına xüsusi tapşırıq verdi

img

03-03-2014 [16:38]


Bu gün Muasir Musavat partiyasının mərkəzi qərargahında partiyanın Idarə Heyətinin və Gənclər Təşkilatının birgə toplantısı keçirilib. 

 Toplantıda öncə qərarların icrası və görülən işlərə baxılıb.Gündəliyin partiyadaxili məsələlər hissəsində təşkilatın 2014 -cü il üçün işləyib hazırladığı konsepsiya-planinda gənclərlə bağlı nəzərdə tutulan məsələlər müzakirə edilib.Müzakirə zamanı heç bir etiraz edilməyib. Daha sonra ölkədə və dünyada baş verən hadisələr geniş müzakirə edilib.Əsas diqqət martın 1-də bir qrup gəngin insanların ən gür istifadə etdiyi metroda flaşmob aksiyasına yönəlib.Baş verənlərin çox iyrənc bir oyun olduğu vurğulanıb. Toplantıda partiya sədri Hafiz Hacıyev çıxış edib O.da baş verənlərin xalqın mənəviyyatına zidd olduğunu qeyd edib:”Bu işdə Azərbaycanda marağı olan qüvvələrin xüsusi rolu var.Siyasi dələduzlar bu cür mənəviyyatsız planlarla ölkədə qarışıqlıq yaratmaqla öz məqsədlərinə çatmaq istəyirlər.Ukraina hadisələrindən ruhlanan və onu Azərbaycanda da tətbiq etməyə cəhd edən qüvvələr bu cür tərbiyəsiz şoularla xalqın əsəblərini zorlamağa çalışırlar.” Bundan sonra MMP Gənclər Təşkilatına xüsusi tapşırıqlar verilib.Onlara gəmclər arasında bu cür təxribatlara uymamaları üçün marifləndirmə işlərinin aparılması tapşırılıb. Daha sonra baş verəcək hər hansı təxribat xarakterli məsələlərin qarşısın almaq üçün də MMP GT-na xüsusi tapşırıqlar verilib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA