TQDK imtahan nəticələrini açıqladı

TQDK imtahan nəticələrini açıqladı

CƏMİYYƏT

03.03.2014, 11:35

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 2-də Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. 
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan saat 10:00-da Bakı Slavyan Universitetinin binasında başlanmış və 3 saat ərzində aparılıb. İmtahan nəticələri elə həmin gün – martın 2-də Komissiyanın internet saytında yerləşdirilib. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar. Müsabiqədə iştirak etmək üçün 159 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 4 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 155 namizəddən 63 nəfəri müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 93 bal olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR