Qənirə Paşayevanı Türkiyədə belə pərt etdilər – Video

img

03-03-2014 [11:52]


Türkiyənin paytaxtı Ankarada yerləşən Qazi Universitetində millət vəkili Qənirə Paşayevanın çıxış etdiyi tədbirin videosu yayılıb.

AzNews.az-ın yaydığı xəbərdə bildirilir ki, Türkiyənin tanınmış elm adamı Aygün Attar tərəfindən təşkil olunan tədbirdə azərbaycanlı deputat Qənirə Paşayevaya qarşı sayğısızlıq olub. Belə ki, Q. Paşayeva nitqi zamanı tələbələr ona etiraz ediblər. Çıxılmaz duruma düşən millət vəkilimiz çıxışını yarımçıq kəsməyə məcbur olub. Q. Paşayevaya belə münasibətə səbəb onun uzun-uzadı danışması olub. Tələbələr onun çıxışını dayandırması üçün yerlərindən yüksək tonla səsləniblər.

AzNews.az-a bununla bağlı açıqlama verən Qənirə Paşayeva isə deyilənləri təkzib edib ki, tələbələrin etirazı onun çıxışı ilə bağlı olmayıb: "Bu etiraz mədəniyyət dərnəklərinin üzvləri ilə universitet rəhbərliyi arasında daha əvvəl yaşanan münaqişə ilə bağlı idi. Həmin bu məsələyə görə tərəflərin yerli mətbuata açıqlamaları da var. "Bu xoşagəlməz hadisələr tədbir iştirakçılarının çıxışından əvvəl başlayıb. Etirazın nə tədbirlə, nə mənimlə hər hansı bir əlaqəsi yoxdur”.

Həmin videonu təqdim edirik:

şərh yaz


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA