«Daha sistemli işləyin, daha fəal olun!» - Diplomat

img

01-03-2014 [11:29]



Fevralın 27- Rusiyanın Krasnoyarsk şəhərinin Mədəniyyət və Əmək Sarayında Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib.

Mia.az-a daxil olan məlumata görə, mərasim Krasnoyarsk diyarı üzrə Azərbaycan diasporu tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycan diasporunun nümayəndələri, gənclər, Krasnoyarskda fəaliyyət göstərən milli diaspor rəhbərləri, Rusiya ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər. 

Məlumata görə, tədbirdə ilk çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfirin müavini Qüdsi Osmanov Rusiyanın bütün regionlarında Xocalı ilə bağlı tədbirlərin keçirilməsini qeyd etmiş, o cümlədən Rusiyanın Krasnoyarsk kimi uzaq diyarında Xocalı soyqırımına həsr olunmuş belə bir tədbirin keçirilməsini vacib sayaraq, bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsini xüsusi vurğulamışdır: «Qüdsi Osmanov Heydər Əliyev Fondunun vitse-prezidenti, İKT Gənclər Forumunun Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyası haqda da geniş söhbət açıb. O, Leyla xanımın təşəbbüsü ilə aparılan nəcib kampaniyanın ermənilərin işğalçılıq siyasətinin mahiyyəti, yaşadığımız faiciələrin daha dərindən öyrənilməsi və qəbul edilməsi, həmçinin, dünya ictimaiyyətində Azərbaycanın işğal olunan tarixi torpaqları səbəbindən üzləşdiyi digər problemlərlə bağlı daha aydın rəyin yaranmasınada müstəsna rolundan danışıb».

Diplomat, eyni zamanda, Rusiyada yaşayan Azərbaycan gənclərini bu ölkənin fəal ictimai kəsimi olaraq, daha sistemli işləməyə, daha fəal olmağa səsləmiş, onları Rusiyanın ictimai həyatında daha aktiv iştirak etməyə çağırmışdır.    

Krasnoyarsk vilayəti Azərbaycan diasporunun rəhbəri Taleh Mahmudov isə Azərbaycan tarixinin qanlı səhifələrinin anılmasının gənc nəsil üçün əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə fəaliyyətlərini daha da gücləndirəcəkləriin deyib.

Diaspor rəhbərinin müavini, Ələkbər Qarayev isə Krasnoyarsk vilayətinin insan hüquqları səlahiyyətlisinin konfrans iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə Xocalı hadisələrinə qiymət verilib, Xocalı sakinlərinə qarşı törədilən qətliam kəskin pislənilib.  

Daha sonra tədbirdə Azərbaycan diasporunun fəalları və gənclər çıxış ediblər. Onlar fəaliyyətləri və təkliflərini səsləndiriblər.

Tədbirin sonunda Xocalı qurbanlarının xatirəsinə ehsan verilmişdir.

Onu da qeyd edək ki, Krasnoyarsk diyarındakı Azərbaycan diasporu Rusiyanın Sibir Federal dairəsində ən fəal və böyük diasporlarından biridir. Diaspor nümayəndələri Krasnoyarsk vilayətinin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Eyni zamanda, diyarda Rusiya-Azərbaycan Gənclər Təşkilatının (AMOR) regional nümayəndəliyi və azərbaycanlıların "Odlar Yurdu" mahnı və rəqs ansamblı fəaliyyət göstərir. 

F.ƏHMƏD

   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA