Bakıda aksiyada saxlanılan ictimai fəal azadlığa buraxılıb

img

15-12-2021 [17:50]


Bakıda keçirilən 1 dekabr aksiyası zamanı saxlanılmış ictimai fəal Rüstəm İsmayılbəyli azadlığa buraxılıb.

Mia.az xəbər verir ki, R.İsmayılbəylinin apellyasiya şikayətinə baxılıb və məhkəmə onun şikayətini təmin edib.

İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinən Rüstəm İsmayılbəyliyə 30 sutka həbs cəzası verilmişdi. Aksiya zamanı saxlanılan digər 4 nəfərdən İlham Hüseyn 30 sutka, Elçin Teymurov 25 sutka, Elxan Əliyev 20 sutka, Səyyad Quliyev 15 sutka inzibati həbs cəzası almışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA